“Çətin oyun keçdi. Topu özümüzdə daha çox saxlaya bilərdik. Bunu etsəydik, əlavə bir neçə qol da vurardıq. Amma buna baxmayaraq, qələbə qazandıq. Sevincliyəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqada 12-ci turunda səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi ikinci qoldan sonra hücumların sayını azaltmalarının səbəbini belə izah edib: “Tempi bir qədər aşağı salmasaydıq, rəqibin əks-hücumlarında azlıqda yaxalana bilərdik. “Səbail” əks-hücumlara yaxşı çıxır. Ona görə bir az oyunun tempin aşağı salmaq lazım idi”.
O, mübahisəli penalti epizoduna da münasibət bildirib: “Oyunda hesabı açana qədər rəqibin elə çox qol epizodu yox idi. Deyə bilmərəm ki, bizə 3 xalı kim verir. Bu mövsüm çempionatda penaltidən vurduğumuz ilk qol idi. Bəlkə, onda da penalti yox idi, amma ilk penaltimiz idi. Ötən il birin vurmuşduq, bu il də birin. 40 oyuna 2 penalti, bizi belə hər oyun qələbəyə daşıyırlar(gülür). Biz əsas öz oyunlarımıza fikir verməliyik. Qarşıdakı matçlarda qələbə qazanmalıyıq”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı