“İlk hissədə sürətli oyunun şahidi olduq. Hər iki komanda aktiv idi. “Ən az 4-5 qol epizodu yaratdıq, ancaq ani səhvlərdən qapımızda qol gördük. İkinci hissə başlayan kimi qapımıza penalti təyin olundu. Rəqib hesabı artırandan sonra futbolçularım həvəsdən düşdülər. Rəqibi təbrik edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Avtandil Hacıyev Topaz Premyer Liqanın 12-ci turunda “Neftçi”yə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
- Hakim idarəçiliyi sizi razı saldı?
- Futbolçularımdan razı qaldım. Xeyli qol epizodumuz oldu. Hakimlər barədə isti-isti danışmaq istəmirəm. Rauf özü də penalti təyin etməkdə qərarsız qalmışdı. Hakimlər də, biz də oyunu təhlil edəcəyik.
- Yan xətt hakimi penalti epizodu zamanı baş hakim Rauf Cabbarovu dəfələrlə çağırsa da, buna məhəl qoymadı. Bu barədə nə demək istəyirsiniz?
- Bu haqda mənə də məlumat verdilər. Olduqca diqqətli olmaq lazımdır. Çünki futbolçular meydanda əziyyət çəkirlər. Səhvlərdən qaçmaq olmur. İsti-isti danışmaq istəmirəm, lakin səhvlər az olsa, daha yaxşı olar.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı