"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqasının 12-ci turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Demək olar ki, rəqib oyun ərzində bir qol şansı yaratdı və bundan da yararlandı. Biz isə nə qədər çalışsaq da, alınmadı. “Sabah” yaxşı müdafiə olundu.
- “Qarabağ” çoxlu qol şansı yarada bilmədi. Bunun səbəbi nədir?
- Rəqib bütünlüklə müdafiə olunubsa, bu, normal haldır. Mənə elə gəlir ki, 2-3 vəziyyət yaratmışdıq ki, onları qola çevirə bilsəydik, qələbə üçün kifayət edəcəkdi.
- Bu gün “Sabah”ın müdafiəsini yara bilmədiniz. “Sportinq” kimi komandanın müdafiə xəttini necə dağıdacaqsınız?
- Məncə, bu oyunları müqayisə etmək olmaz. Tam fərqli oyunlar olacaq. “Sportinq” bizim kimi oynayacaq. Düşünürəm ki, qol vurmaq üçün boşluqlar tapa biləcəyik.
- 90 dəqiqə oynamağa tam hazırsanmı?
- Bu, vaxt tələb edən prosesdir. Uzun zamandır bu qədər oynamırdım. Baş məşqçiyə mənə 90 dəqiqə şans verdiyi üçün təşəkkür edirəm.
- “Sportinq”lə oyun barədə fikirlərin necədir?
- “Sportinq” lə oyun çətin olacaq. Lissabon klubu səviyyəli komandadır. Nəzərə alaq ki, avrokuboklarda evdə rəqiblər üçün çətin komanda olmuşuq. Qalib gəlmək üçün meydana çıxacağıq.
- “Qarabağ” “Sportinq”ə qalib gələ bilər?
- Əvvələr belə səviyyədə olan rəqiblərə qalib gəlmişik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı