“Bütün oyunu rəqib diktə elədi. Bacardığımız qədər müdafiə olunmağa çalışdıq. Tam ürəyimcə olmadı. Əks-hücumlardan istifadə edə bilmədik. Rəqibdən yenə də 1 xal ala bildik. "Qarabağ" güclüdür, keyfiyyətli futbolçuları var. 1:1 hesabı bizim üçün qələbəyə bərabərdir. Çünki çox çətin idi".
Qol.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 12-ci turunda “Qarabağ”la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Deviçin durumu nə yerdədir?
- Həftənin 1-ci günü komanda ilə məşqlərə başlayacaq. Növbəti oyunda iştirak edə bilər.
- Bugünkü durumunuz nəyə imkan verir?
- İlk turdan məqsəd Premyer Liqada qalmaq idi. Pis başladıq, 4 oyunda 9 xal yığdıq, hamı bizdən çox şey tələb etməyə başladı. Hələ deyirdim ki, bəlkə bir az yavaşıyaq. Uşaqlar vuruşurlar. Futboldan ləzzət alacaq məqam yoxdur. Sürətli hücumlara keçə bilmiriksə, necə ləzzət alaq?
- Hansı komanda ilə arzularınızı gerçəkləşdirə bilərsiniz?
- “Qarabağ”, “Neftçi” və “Qəbələ”yə qarşı çətinlik çəkirik. Onu baxarıq. Bizə ən azı 4-5 yeni futbolçu lazımdır. Mənim istədiyim futbol bu deyil. Bu oyunçularla bu işə giririksə, qoyub qaça da bilmərik. Amma tam ürəyimcə deyil.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı