“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 12-ci turunda səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Çox ciddi hazırlaşmışdıq. Fasilədə çalışdıq ki, çatışmazlıqlarımızı aradan qaldıraq. Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə” yüksəlişdə idi. Onları yaxşı təhlil etmişdik. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Bu, məni sevindirdi. Azarkeşlərimizi və komandanı təbrik edirəm. Qələbə üçün alışıb-yanırdıq. Çalışdıq ki, bu, bizə ziyan verməsin və futbolçuları düzgün kökləyə bilək.
- Hər an qol buraxa və üstünlüyü əldən verə bilərdiniz. Ancaq əks-hücum imkanlarından yararlana bilmirdiniz...
- Daha böyük hesabla qələbə qazana bilərdik. Bunu tələskənliklə əlaqələndirərəm. Bir top fərqi ilə öndə idik və bu, gərginlik yaradırdı.
- Final fitindən sonra əsəbi görünürdünüz...
- Oyun gərgin olduğuna görə əsəbləşmişdim. Son saniyələrdə künc zərbəsindən qol buraxa bilərdik. Səbəb bu idi.
- Ceyms Adeniyi cəzalı duruma düşdü və növbəti matçda oynamayacaq. Bu, sizə necə təsir edəcək?
- Son dönəmlərdə formadadır. Önəmli futbolçudur, amma onu əvəzləyə biləcək oyunçularımız var. Məşqlər əsasında onu kimin əvəzləyəcəyinə qərar verəcəyik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı