Milli komandada nə baş verir – Qurban Qurbanova quyu qazılır?

Milli komandada nə baş verir – Qurban Qurbanova quyu qazılır?
ÖLKƏ FUTBOLU 23 Noyabr 2018 / 16:46 10093
-  A +

Azərbaycan milli komandasının Millət Liqasında Kosovoya 0:4 hesablı məğlubiyyətindən sonra mediada və sosial şəbəkələrdə ciddi ittihamlar səslənib.

Qol.az-ın xəbərinə görə, bu ittihamlarda bildirilib ki, millinin bəzi futbolçuları bilərəkdən imkanlarından aşağı səviyyədə oynayaraq baş məşqçi Qurban Qurbanovun ayağının altını qazıblar.

Konkret olaraq, yenicag.az saytı yazıb ki, son məğlubiyətdən sonra AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilən istər rusdilli mediada, istərsə də sosial şəbəkələrdə qaralama kampaniyasına start verilib.

“İstər İsgəndər Cavadovun oyundan sonra dilə gəlməsi, istərsə də Ayaz Əhmədov, Rəhman Hacıyev kimi Elxan Məmmədova yaxınlığı ilə seçilən şəxslərin Qurbanovun istefasını tələb etməsi əbəs yerə deyil. Elxan Məmmədovgil tərəfindən milliləşdirilən Pavel Paşayev, Dmitri Nazarov və Rüfət Dadaşovun Kosova ilə oyunda potensialından olduqca aşağı çıxış edib. “Onların zəif çıxışı istər-istəməz şübhə doğurur” – deyə yazıda bildirilib.

Məsələ ilə əlaqədar Qol.az-ın müxbiri AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb. Amma federasiya rəsmisi şərh verməyib və milli komandanın mətbuat xidmətinə müraciət etməyi məsləhət bilib.


Pavel Paşayev

Yenicag.az-ın yaydığı digər xəbərə görə, Farer adaları ilə qarşılaşmanın ikinci hissəsində zədələnən Pavel Paşayev Kosovo yığması ilə oyundan öncə həkimlərə tam sağaldığını, matça hazır olduğunu deyib: “Lakin onun sərgilədiyi oyun bunun tam əksini deyir. Buraxılan 3 qolda rəqib hücumçulara “açıq qapı” günü elan edən Paşayevin nəyə görə yalan danışdığı da ayrıca şübhəli məqamıdır”.

Sayt onu da iddia edib ki, Farer adaları ilə matçın ilk hissəsinin 42-ci dəqiqəsində zədələnən Kamran Ağayevin MRT müayinəsi nəticəsində zədəli olmadığı üzə çıxıb. Buna baxmayaraq, o zədəsini bəhanə gətirərək yığmadan kənarlaşmaq istəyib. Qurban Qurbanovun özü də qapıçının MRT nəticəsindən agah olub və onun bilərəkdən Kosovo ilə matçda iştirak etmədiyindən xəbərdardır.

“Etibarlı mənbə bildirir ki, bu söhbət “Keşlə”nin prezidenti Zaur Axundova da çatıb. O da öz növbəsində Kamran Ağayevi cəzalandırdıracağını bildirib.

İş burasındadır ki, Kamran Ağayev Kosovo ilə oyunda iştirak etməyəcəyi dəqiqləşdikdən sonra “CBC Sport”un efirinə qoşularaq ağlayır, matçda iştirak etməyəcəyinə təəssüfləndiyini bildirir. Bunun isə ssenarinin bir parçası olduğu istisna deyil” – deyə sayt bildirib.


Kamran Ağayev

Amma “Keşlə” futbolçusu Kamran Ağayevə yönələn bu ittihamları təkzib edib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov 32 yaşlı oyunçunun baldır nahiyəsindən zədələndiyini vurğulayıb. O, yığmanın düşərgəsindən zədəli qayıdan qapıçının həkim nəzarətində olduğunu, hərəkət edərkən ayağında ağrılar olduğu üçün məşqlərə də qatıla bilmədiyini diqqətə çatdırıb. Topaz Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə keçiriləcək matçda qapıda Davud Kəriminin duracağı bildirilib.

Yenicag.az saytı onu da iddia edib ki, baş verənlər Qurban Qurbanova qarşı “torba” əməliyyatı aparıldığı açıq-aşkar göstərib. Təcrübəli mütəxəssis özü isə məsələ ilə bağlı açıqlama verməyib.

Daha bir iddiaya görə milli komanda vacib oyunlar öncəsində 5 ulduzlu oteldə məskunlaşdığı halda Kosovo ilə ölüm-qalım matçından əvvəl isə Mərdəkandakı bazada qalıb. Kosovo ilə oyuna isə havanın soyuq olmasına baxmayaraq, qolu qısa formalarla çıxılıb.

İddia edilib ki, şəraitin yaxşılaşdırılması, qolu uzun formaların verilməsi üçün müraciət olunsa da, AFFA-dan “pul yoxdur” deyilib. “Elxan Məmmədov müraciətə qol çəkmədiyindən iş icra olunmur. Bu da yəqin ki, baş katibin əlavə psixoloji təzyiq formasıdır” – deyə iddia olunub.


İslam Abbasov

Bu iddialara isə millinin komandaların baş meneceri İslam Abbasov cavab verib. sport24.az saytına açıqlamasında o bildirib ki, son 10 ildə millinin geyimlə bağlı heç bir problemi olmayıb: “Hər növdə formalar, geyim dəstlərimiz var. Uzun illərdi milli komandadayam. Qeyd etdiyim kimi, geyim sarıdan millidə son 10 ildə heç bir problem olmayıb. Elə oyunçular var ki, uzunqol formada özlərini narahat hiss edirlər. Bəzi futbolçular maykalarının altından termouzunqol köynəklər geyindilər. Bu, sadəcə, reflektor hisslərlə bağlıdır. Kimlərsə, meydançada uzunqol formada özünü rahat hiss etmir ki, bu üzdən də qısaqol formadaydı”.

Komandanın Kosovo matçından əvvək beşulduzlu oteldə deyil, “Dalğa Arena”dakı bazada qalmasına fatına da toxunan İ.Abbasov deyib: “Əvvəla, onu qeyd edim ki, milli komandamız tək Kosovo ilə deyil, ümumiyyətlə, Millətlər Liqasının bütün qarşılaşmalarına “Dalğa Arena”dakı bazada hazırlaşıb. Zaman-zaman hazırlıqlar Bakı Olimpiya Stadionu və Suraxanıdakı “Azərsun Arena”da keçirilib. Əsas hazırlıq məkanı isə “Dalğa Arena” olub. Niyə məhz ora? Milli komandamızın baş məşqçisi Qurban Qurbanov “Dalğa Arena”dakı şəraitlə şəxsən tanış olduqdan sonra həmin məkanın ən münasib olduğunu bildirib və hazırlıqların orada keçirilməsini istəyib”.

Daha çox


Son xəbərlər
topaz banner