Azərbaycan birinci divizionunda 11-ci tura yekun vurulub.
Qol.az-ın xəbərinə görə, son oyun günündə 4 görüş keçirilib.
Lider MOİK "Neftçi-2" ilə ev oyununda uduzub - 1:2. Bu, ordu klubunun mövsümdə ilk məğlubiyyətidir.
"Sabah - 2" səfərdə "Səbail-2"yə, "Keşlə -2" isə "Zirə-2"yə qalib gəlib. "Qarabağ-2" - "Zaqatala" matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb. Meydan sahiblərinin qolunu millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub. Bu, onun birinci divizionda ilk qoludur. Maraqlıdır ki, gənc hücumçu ilk qolunu əmisi Musa Qurbanovun prezidenti olduğu "Zaqatala"ya vurub.
23 noyabr
“Səbail - 2” – “Sabah -2” – 0:2
Qollar: Zahid Mərdanov, 19, Tolqar Yaqubov, 54
“Qarabağ-2” – “Zaqatala” – 1:1
Qollar: Musa Qurbanlı, 26 - Roini İsmayılov, 42
MOİK – “Neftçi-2” – 1:2
Qollar:Raul Yaqubzadə, 87 - Elnur Süleymanov, 77-p., Xəyal Tomanov, 90+3
“Zirə-2” – “Keşlə-2” – 1:4
Qollar: Taleh Rzayev, 86 - Şirməhəmməd Məmmədov, 49, Emin Quliyev, 67, Qabil Sarıoğlu, 74, Ruslan Nəsirli, 90+3
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla MOİK başçılıq edir. "Sumqayıt-2" 24 xalla 2-ci, "Neftçi-2" 23 xalla 3-cüdür.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı