"Keşlə" klubu Azərbaycan milli komandasının heyətində xəsarət alan qapıçı Kamran Ağayevin zədəsinin ciddi olmaması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov "Report"a açıqlamasında təcrübəli qolkiperin MRT müayinəsi nəticəsində sağlam olduğunun üzə çıxmasına dair xəbərləri təkzib edib.
Klub rəsmisi 32 yaşlı oyunçunun baldır nahiyəsindən zədələndiyini vurğulayıb və yığmanın düşərgəsindən zədəli qayıdan qapıçının həkim nəzarətində olduğunu, hərəkət edərkən ayağında ağrılar olduğu üçün məşqlərə də qatıla bilmədiyini diqqətə çatdırıb. Topaz Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə keçiriləcək matçda qapıda Davud Kəriminin duracağı bildirilib.
Qeyd edək ki, Kamran Ağayev UEFA Millətlər Liqasının 5-ci turunda Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının Farer adalarını 2:0 hesabı ilə məğlub etdiyi matçında xəsarət alıb. İkinci hissədə əvəzlənən Ağayev Kosovoya 0:4 hesabı ilə uduzduqları qarşılaşmada iştirak edə bilməyib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı