Tofiq Bəhramov adına Respublika stadionu bizim futbolun məbədidi. Amma deyəsən, bunu AFFA-dakı yoldaşlar anlamaq, ya da qəbul etmək istəmirlər. Bu gün federasiya açıqlama yayıb ki, “Avro-2020”də ilk oyunumuz 2019-cu ilin mart-may aylarına təsadüf etsə, həmin görüşün stadionunun dəyişdirilərək səfərdə keçirilməsi üçün UEFA-ya müraciət edilib. Səbəb kimi də Avroliqanın finalına görə, həmin müddətdə AFFA-nın nəzdində olan Bakı Olimpiya Stadionun (BOS) qapadılacağı göstərilir.
BOS-da Avropa Liqasının finalının keçirilməsi, heç şübhəsiz birinci növbədə ölkəmizin və paytaxtımızın imicinə müsbət təsiri olacaq. Bu mənada, bu mühüm oyunun Bakıya salınması müsbət haldı. Amma bütün bunlar heç bir halda AFFA-ya bizim digər stadionlarımızdan, hətta bir oyunluq olsa belə, imtina etməyə əsas vermir.
AFFA rəsmi açıqlamasında bildirib ki, millimizin “Avro-2020”nin ilk seçmə oyununu böyük azarkeş kütləsinin izləməsi ehtimal var. Təbii ki, böyük azarkeşi kütləsi deyərkən rəqəm açıqlanmayıb. Amma hətta naşı azarkeşə də sirr deyil ki, millinin oyunlarına gələnlərin sayı “Qarabağ”ın avrokubok matçlarını tribunada izləyənlərin sayından qat-qat azdı. Yəni uzağı 15-20 min. Millinin oyununa azarkeş axını çox olsa belə, ölkəmizin ikinci böyük idman arenası olan Tofiq Bəhramov adına Respublika stadionundan imtina etməkdə heç bir məntiq yoxdu. AFFA-nın dediyi böyük kütləni elə ora da yerləşdirmək olur. Uzaq 1951-ci ildən başlayaq müasir dövrümüzdə tribunalara azı 30 min azarkeş necə yerləşdirilibsə, o qaydada. Hərçənd artıq şübhə yeri qalmır ki, “Tofiq Bəhramov” AFFA-nın deyil, Gənclər və İdman Nazirliyinin balansında olduğundan federasiya bu arenaya tamamilə ögey bir məkan kimi baxır.
Halbuki “Tofiq Bəhramov” stadionunun saxlanılması üçün dövlətin büdcəsindən hər il nə qədər vəsait ayrılır. Bu arena bir neçə il əvvəl həm də ona görə təmir olunub ki, birinci növbədə milli komandamız burda ev oyunu keçirsin. Amma Olimpiya Stadionu AFFA-nın tabeliyinə keçdikdən sonra federasiya “Tofiq Bəhramov”dan deyəsən, birdəfəlik imtina edib. Başa düşürük, gələn il BOS-da Avroliqanın finalı, 2020-ci ildə isə “Avro-2020”nin dörd oyunu keçiriləcək və millinin, eləcə də “Qarabağ”ın avrokubok matçlarının həmin arenaya salınması həm də qarşıdakı mühüm oyunlara hazırlıq mahiyyəti daşıyır. AFFA həm də gələn ilki finalı düşünərək qərar verir ki, BOS 2019-cu ilin mart-may aylarında digər tədbirlər üçün qapalı olsun. Bu, normal haldır. Amma anormal hal odur ki, FİFA standartlarına cavab verən, millinin ilk ev stadionu dura-dura AFFA UEFA-dan xahiş edir ki, ilk matçımız Bakıda olsa, oyunun yeri dəyişdirilsin və səfərdə olsun.
Bir az kobud səslənsə də istər-istəməz, sual yaranır - Tofiq Bəhramov adına stadiona it dəyib ki, AFFA bu arenanı görməzdən gəlir?
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər