“Milli komandamızın Avro-2020-nin seçmə mərhələsindəki hansısa oyununun yerinin dəyişdirilməsi gündəmdədir. Hər iki matçın səfərdə olması söhbət mövzusu deyil. Sadəcə, görüşlərin yerləri dəyişdirilə bilər”.
Qol.az xəbər verir ki, bu sözləri matç.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.
Gələn il mayın 29-da Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq. 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub.
Firuz Abdulla bunun yalnız top-komandalar üçün keçərli olduğunu söyləyib: “Bu, hər komandaya aid deyil. Hansı komanda ilə matçımıza 50-60 min azarkeşin gəlmək ehtimalı var, məhz onlarla qarşılaşmanın yeri dəyişdirilə bilər. Mart-may aylarında nisbətən zəif yığmalarla düşsək, Bakıda da oynaya bilərik”.
Departament rəhbəri ikinci variant kimi Tofiq Bəhramov adına Respublika Stadionunu seçməmələrinə də aydınlıq gətirib: “Bildiyiniz kimi, Avro-2020-nin oyunlarının bəziləri Bakı Olimpiya Stadionunda keçiriləcək. UEFA-nın tövsiyəsi var ki, o zamana qədər həmin arenada oyunlar olsun. Bu da bir növ qitə birinciliyinə hazırlıq xarakteri daşıyır. Böyük komandalarla oyunlarda həm də stadionu test etmək olur”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər