Qvardiola millimizin oyununu izləyib

Qvardiola millimizin oyununu izləyib
ÖLKƏ FUTBOLU 23 Noyabr 2018 / 09:50 4504
-  A +

Millətlər Liqasının qrup mərhələsinin son turunda keçirilən Kosovo – Azərbaycan oyununu izləyənlər arasında “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da olub.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

İspaniyalı mütəxəssis "şəhərlilər"in heyətində çıxış edən Kosovo yığmasının qapıçısı Ariyanet Muriçin debüt oyununu izləyib. Onun gənc qapıçının çıxışından razı qaldığı bildirilir.

Xatırladaq ki, Kosovo – Azərbaycan oyunu meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
topaz banner