"Bir həftədən çoxdur "Sumqayıt"dayam. Qarşıdakı matça hazırlaşırıq. Əsas məqsədimiz komandanın psixoloji durumunu düzəltməkdir. Son məğlubiyyətlər futbolçulara istər-istəməz pis təsir edib. Amma məşqlər bizə ümid verir. İnanırıq ki, vəziyyətdən çıxacağıq".
Bu sözləri Qol.az-a açıqlamasında "Sumqayıt"ın yeni baş məşqçisi Ayxan Abbasov deyib. Bu komandanın sükanı arxasında ilk oyununu noyabrın 25-də sabiq klubu "Zirə"yə qarşı keçirəcək gənc mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. O, hazırda çempionatda heç bir rəqibə fərq qoymadığını bildirib:
"Çempionata "Zirə" ilə başlamışdım. Kimsə mənə desəydi ki, bir neçə turdan sonra başqa klubun sükanı arxasında "Zirə"yə qarşı olacaqsan, inanmazdım. Amma bu, futbol, məşqçilik karyerasıdır. "Zirə" ilə yaxşı günlərimiz olub. İndi də bu klubda çalışanlarla münasibətim var. Onlara qarşı heç bir prinsipim, narazılığım yoxdur. "Zirə" və digərləri bizim rəqiblərimizdir. Ona görə də onlar arasında heç bir fərq qoymuram. Digər komandalara necə, "Zirə"yə də elə yanaşıram. Qarşıdakı oyunda da futbolçularımızdan yaxşı mübarizə istəyirəm".
A. Abbasov "Sumqayıt"da məsuliyyətin daha böyük olduğunu söyləyib: "Bu gün "Sumqayıt"dayam. Mənim üçün yeni komanda, yeni şəhərdir. Burada məsuliyyət daha çoxdur. Çünki sırf yerli futbolçulardan ibarət bir komandadır. Hamısı istəkli uşaqlardır. Azarkeşlər klubdan çox şey gözləyirlər. Onların inamını, etimadını doğrultmağa çalışacağıq. Bu gün ancaq "Sumqayıt" haqda fikirləşirəm".
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu saat 19:00-da başlayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı