“Millinin oyunu olanda bu və ya digər şəkildə dəstək olmağa çalışıram. Yığmaya dəvət almayanda oyunu mütləq televiziyadan izləyirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri Albaniya millisinin üzvü Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında deyib.
“Qarabağ”ın müdafiəçisi Albaniya millisinin son vaxtlar uğursuz çıxış etməsindən danışıb. O, bunun müvəqqəti olduğunu bildirib: “Hər bir komandada bu kimi hallar olur. Məncə, yığmamız keçid dövründədir. Gələcəyə nikbin baxmaq, futbolçulara güvənmək lazımdır”.
35 yaşlı futbolçu kapitanı olduğu Albaniya millisinə dəvət almamasından və yığmanın baş məşqçisi Kristian Panuççi ilə münasibətlərindən də danışıb: “Millinin üzvləri ilə əlaqəm var. Əksər futbolçulara hər gün danışıram. Bundan əvvəlki toplanışda oldum. Əlimdən gələni etdim. Baş məşqçi ilə münasibətimə gəlincə, onunla aramızda yaxşı əlqənin olmaması artıq sirr deyil. Onun son mətbuat konfransındakı davranışı isə (Panuççi alban jurnalistə ağzını yum demişdi – red.) normal hal deyil. Bununla belə, o, baş məşqçidir, qərarlarına hörmətlə yanaşmaq lazımdır.
Aqolli karyerası ilə bağlı da fikir bildirib. O, hələlik futboldan getməyi düşünmədiyini deyib: “Hələ bununla bağlı heç bir qərar verməmişəm. Mənə “Qarabağ”da oynamaq xoşdur. Hələ oynaya bilərəm”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı