"Əvvəlcə kosovolu azarkeşlər haqda danışmaq istərdim. Onlar bizə qarşı düzgün hərəkət etmədilər".
Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın hücumçusu Ruslan Qurbanov deyib. “Səbail”in futbolçusu UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunun Kosovo ilə səfər oyununda yerli azarkeşlərin Azərbaycan himni səslənərkən onu fitə basmalarına münasibət bildirib:
“Bir ölkənin himnini fitə basmaq hörmətsizlikdir. Azarkeşlər Azərbaycanın himninə hörmət etməli idilər”.
Kosovoya böyükhesablı məğlubiyəti də şərh edən Ruslan Azərbaycan xalqından üzr istəyib: "Məğlubiyyətə gəlincə, həmin gün onlar nə etmək istədilərsə, hamısı alındı. Etiraf edim ki, bizdən güclü idilər. Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən, bütün Azərbaycan xalqından üzr istəyirəm. Səfərə qələbə dalınca getmişdik. Sadəcə, uğur o gün rəqibin tərəfində idi. Buraxılan erkən qoldan sonra toparlanmaq çətin oldu”.
Qeyd edək ki, səfərdə Kosovoya 0:4 hesabı ilə uduzan millimiz qrupda 2-ci yeri tutaraq, pley-offa vəsiqə qazana bilməyib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı