UEFA Millətlər Liqasında 2018-2019 mövsümünün əsas mərhələsi başa çatıb.
Qol.az-ın xəbərinə görə, ötən gün keçirilən oyunlardan sonra Avro-2020-ə vəsiqə verən pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Öz liqasında qrup qalibi olan 16 komanda Avro-2020-nin seçmə mərhələsində uğursuzluqla üzləşsə, pley-off vasitəsilə qitə çempionatına qatılmaq şansı qazanacaq.
Bu komanalar arasında İsveçrə, İngiltərə, Portuqaliya və Hollandiya kimi güclü yığmalar olduğundan pley-offun tərkibində dəyişikliklər olacağı gözləniləndir. Çünki Avro-2020-yə seçmə mərhələ vasitəsi ilə vəsiqə qazanan komandanı Millətlər Liqasında çıxış etdiyi liqanın 2-ci ən yaxşı yığması əvəzləyəcək.
Bu baxımdan yığmamız da nəzəri olaraq pley-offda oynamaq şansını itirməyib. Ancaq bunun üçün D liqasında 7-ci olan millimizi qabaqlayan 6 komandadan (Gürcüstan, Kosovo, Makedoniya, Belarus, Lüksemburq, Ermənistan) üçü seçmə mərhələ yolu ilə Avro -2020-yə vəsiqə qazanmalıdır. Bu isə olduqca çətin görünür.
Pley-offa vəsiə qazanan komandalar
A liqası
İsveçrə - İngiltərə
Portuqaliya – Hollandiya
B liqası
Bosniya və Herseqovina – İsveç
Danimarka – Ukrayna
C liqası
Şotlandiya - Finlandiya
Norveç - Serbiya
D liqası
Gürcüstan – Belarus
Makedoniya – Kosovo
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi