Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Qol.az-ın məlumatına görə, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.
Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.
Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti ilk mərhələdə ukraynalı həmkarına uduzub.
77 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev isə ilk görüşündə Polşa idmançısı İvan Nilipiuka 9:0 hesabı ilə qalib gələrək, adını 1/8 final mərhələsinə yazdırıb. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisi Kamal Amir Beyi üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisi Aleksandr Çekirkinlə qarşılaşıb və rəqibinə uduzub.
77 kq
1/4 final - Elvin Mürsəliyev - Aleksandr Çekirkin (Rusiya) - 0:3
1/8 final - Elvin Mürsəliyev - Kamal Amir Bey (ABŞ) - 6:2
1/16 final - Elvin Mürsəliyev - İvan Nilipiuk (Polşa) 9:0
97 kq
1/16 final - Orxan Nuriyev - Melonin Numonvi (Fransa) 0:4
130 kq
Təsnifat - Sabah Şəriəti - Aleksandr Çernetski (Ukrayna) 2:5
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi