Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov gözlənilmədən futbolçulara mətbuata danışmaq qadağası qoyub.
Qol.az-ın məlumatına görə, bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib.
Qeyd edək ki, həmin matç yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər.
Qeyd edək ki, Qol.az-ın müxbirinin bu gün bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar. Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir.
Bu qərarın gözlənilməzliyi isə odur ki, indiyədək yalnız millinin matçlarından əvvəl futbolçulara belə qadağa tətbiq edilirdi. Amma oyundan sonra futbolçuların milli barədə mətbuata danışmasında hər hansı problem olmurdu.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi