“Məğlub olduq. İstəməzdik. Amma hələ 1-ci oyundur. Qarşıda 90 dəqiqəmiz var. Daha yaxşı hazırlaşacağıq. Bir az həyəcan var idi. Buna baxmayaraq, futbolçular 2-ci hissə daha yaxşı oynadılar. Rəqib təcrübəli komanda idi”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə Bakıda keçirilən oyunundan (0:1) sonra təşkil edilən mətbuat konfransında deyib.
- Dani Kintana heyətdə yox idi.
- Dünən məşqdə zədələnmişdi.
- İki fərqli hissi izlədik. Oyunu necə şərh edərdiniz?
- Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.
- BATE sizi təəcbüləndirmədi?
- BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidir. Biz meydanı bəhanə edə bilmərik.
- Avqustun 10-da Azərbaycan Premyer Liqasının I turunda "Zirə” ilə oyununuz var. Bu görüşün təxirə salınmasını istəyəcəksiniz?
- Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərara gəldik. PFL və "Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.
- 1:0 sürüşkən hesabdır. "Qarabağ” Belarusda vəziyyəti dəyişə bilər?
- Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər.
- Künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Bu, nə ilə bağlı idi?
- Keçən oyunda da Rəşadla Dani Kintana yerinə yetirirdi. Bəzi düşündüyümüz kombinasiyalar vardı.
- Səfərdəki görüşdə heyətdə dəyişikliklər edəcəksiniz?
- Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcyik.
- Cavab görüşündə qapıda kim dayanacaq?
- İndidən heç nə deyə bilmərəm.
- Hücum xətti sizdə narahatlıq doğurmur?
- "Qarabağ” 10 ildir oynayır, həmişə də narahat edir. Çünki daim daha yaxşısını istəyirsən. Elə illər olub ki, bizim sağ və sol vingerlərimiz bombardir olub.
- Adətən, bu cür məğlubiyyətlərdən sonra əsəbi olursunuz. Bu gün isə üzünüzdə təbəssüm var. Bu, nə ilə bağlıdır?
- Ola bilər. Bugünkü oyun, final fiti bunu tələb edir. Futbolçularla söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq.
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?