“Hədəfimiz çox yüksəkdir. Ötən il olduğu kimi, yenə Çempionlar Liqasının qrupuna düşmək istəyirik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlamasında deyib. Komandasının avrokuboklardakı hədəflərindən danışan yarımmüdafiəçi ən pis halda Avropa Liqasının qrup mərhələsində oynamaq istədiklərini bildirib:
“Belə başa düşürəm ki, klub son 8 ildə Avropada ortabab səviyyəyə çatmaq üçün məqsədli şəkildə fəaliyyət göstərir. Avropa Liqasının qrup mərhələsi də variantlardan biridir. Amma daha çox Çempionlar Liqasında qruplara qalmaq üçün səy göstərəcəyik”.
Portuqaliyanın “Sportinq” klubundan transfer olunan bolqarıstanlı oyunçu “Qarabağ”a keçdiyi üçün özünü xoşbəxt sayır: “Həqiqətən çox xoşbəxtəm. Xüsusilə də “Sportinq”dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orada daim psixoloji və idarəçiliklə bağlı problemlər olurdu. İndi futboldan əsl zövq alıram və bunu sübut etməyə etməyə çalışıram. “Qarabağ”ın heyətində 4 oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Artıq əvvəlki formamı bərpa edirəm. “Qarabağ”da topla daha çox oynamayıram, özümdə saxlayıram, hücumlara qoşuluram. Meydanda daha sərbəstəm və təcrübə qazanıram. Düşünürəm ki, son oyunum daha yaxşı alındı. Penalti ilə nəticələnən 3 məhsuldar ötürmə verdim. Bundan əlavə, rəqib qapısı qarşısında digər təhlükəli vəziyyətlər də yaratdım. “Qarabağ”da olduqca xoşbəxtəm. Çünki bu komandanın oyun üslubu çox xoşuma gəlir. Burada mənə dəyər verirlər. Məncə, öz oyunumu daha da yaxşılaşdıra bilərəm”.
Azərbaycan mədəniyyəti haqda da danışan Slavçev bunları söyləyib: “Azərbaycan mədəniyyəti fərqlidir, ancaq demək olar ki, Avropaya daha yaxındır. Yerli dili hələlik bilmirəm. Rus dilini öyrənirəm. Ən əsası odur ki, komandanın oyununa tez uyğunlaşa bildim. Həm məşq, həm də oyunlar vaxtı özümü evdəki kimi hiss edirəm. Şəxsi həyatıma gəlincə, ailəm yanımda olanda darıxmıram. Komandada çoxlu əcnəbi var. Bu mənada ingilis və rus dilləri daha çox istifadə olunur. Yaxşı ki, burada fiziki hazırlıq üzrə bolqarıstanlı məşqçi var. O, mənə çox kömək edir. Ancaq ilk növbədə hamımız rus dilində danışmağa çalışırıq. Taktiki məsələsinə qalanda, hər futbolçunun tərcüməçisi var və o deyilənləri ana dilinə tərcümə edir”.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəkləri oyunlara da toxunan 24 yaşlı futbolçu Belarus klubunu keçə biləcəklərini söyləyib: “Səhər BATE-nin oyununu izlədik. İnanılmaz komandadır. Müasir futbol belədir ki, rəqibi azacıq da olsa, qiymətləndirməsəniz, bu, sizə baha başa gələ bilər. Ona görə də baxımlı və kollektiv şəkildə oynamağa davam etməliyik. Düşünürəm ki, BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”.
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?