“Qarabağ”ın futbolçusu Ansi Aqolli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə səfər oyunu (0:0) ilə bağlı fikirlərini bildirib.
Qol.az-ın məlumatına görə, albaniyalı müdafiəçi ölkəsinin mətbuatına müsahibəsində Bakıda keçiriləcək cavab matçı haqda da danışıb.
- Albaniya komandasına qarşı oynamaq necə hissdir?
- Uzun illərdir Avropada müxtəlif klublara qarşı oynasam da, duyğulu idim. İlk dəfə Albaniya komandasına qarşı meydana çıxırdım. Fərqli hisslər keçirdim.
- “Kukesi”nin belə çətin rəqib olacağını düşünürdünüz?
- “Kukesi” əvvəlki seçmə mərhələlərdə yaxşı komanda olduğunu göstərmişdi. Bizə çətin olacağını bilirdik.
- “Kukesi”nin baş məşqçisi Kunqu taktiki sxemi ilə sizi təəccübləndirə bildi?
- Həmişə demişəm ki, Kunqu alban komandaları üçün əsl ustadır. Müdafiə olunmağı yaxşı bacarır. Oyundan öncəki proqnozum da özünü doğrultdu.
- Azərbaycanda keçiriləcək cavab oyunundan nə gözləyirsiniz?
- Bu turnirdə şey 180 dəqiqədə həll olunur. Arxayınlaşmaq üçün vaxt yoxdur. Ola bilər ki, növbəti oyun 90 dəqiqədən artıq çəksin. Bəzi səhvlərimizi təkrarlamamalı və bütün imkanlardan istifadə edib növbəti mərhələyə yüksəlməliyik.
- “Kukesi”nin şansı var?
- Şəxsi təcrübə əsaslanıb deyə bilərəm ki, futbol proqnozları sevmir. Burda hər şey ola bilər. İndi nəsə desəm, düzgün olmaya bilər.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı