Qurban Qurbanovun "Kukesi" ilə oyuna reaksiyası

Qurban Qurbanovun "Kukesi" ilə oyuna reaksiyası
ÖLKƏ FUTBOLU 25 İyul 2018 / 23:26 9332
-  A +

"Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idilər, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Kukesi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, nəticəni qənaətbəxş hesab edib: "Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır