“İlk oyunda qələbə qazansaq da, ciddi rəqibə qarşı oynayırdıq. Sabah bizi çətin və maraqlı oyun gözləyir”
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah “Olimpiya” ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Sabah heyətdə dəyişiklik gözlənilir?
- Ciddi bir fərq gözlənilmir. Amma dəyişiklik ola bilər.
- Yeni qapıçı Halldorssonun meydana çıxmaq ehtimalı varmı?
- İştirak ərizəsində olacaq. Ancaq oynamaq ehtimalı azdır.
- Bu, sizin avrokuboklarda 80-ci oyununuz olacaq. Bundan əvvəlki 79 matçın hansı sizin üçün daha yadda qalandır?
- 80-ci oyun barədə düşünmürəm. Bu, bizim ilk mərhələ oyunumuz olacaq. Hər il daha yaxşı nəticə əldə etməyə çalışırıq. Səfərdə qalib gəlsək də, çox çətinliklə üzləşdik. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bizi hansısa sürpriz gözləyə bilər. Yaddaqalan oyunlar olub. Ötən il “Kopenhagen”lə pley-off oyununu qeyd edə bilərəm. Azərbaycanda futbola sevgi, “Qarabağ”a inam yaradan “Rusenborq”la qarşılaşma da xüsusi idi. Səhv etmirəmsə, Ağdamın işğalı günü idi. Həmin oyun həm rəhbərliyə, həm futbolçulara böyük inam verdi.
- Almeyda, Rahid Əmirquliyev komandadan getdi, Qara Qarayev ilk oyunda qırmızı vərəqə aldı. Coşqun Diniyevin orta sahədə tək qalması sizi narahat etmir?
- Qaranın qırmızı vərəqə alması barədə indi düşünməyə ehtiyac yoxdur. Yaxşı tərəfini düşünək. İxtiyarında az oyunçu olanda, məşqçi daha rahat qərar verə bilir.
- Riçard Almeydanın hələ qışda "Astana” ilə danışıq apardığı deyilir. Bunu hiss etmişdiniz?
- Bu cür söhbətlər onun oyununa təsir etmirdi. Hətta mövsümün başa çatmasına bir neçə tur qalmış qalmayacağını hiss etmişdim. Çünki təklifləri vardı. Biz də pis təklif irəli sürməmişdik. Amma digər variantı seçdi.
- Roman Qriqorçuk "Astana”nın baş məşqçisi olandan sonra "Qəbələ”dən tanıdıqlarını deyil, "Qarabağ”ın futbolçularını yanına apardı. Bu sizi sevindirir, yoxsa qıcıqlandırır?
- Təcrübə onu göstərir ki, belə şeylərə az önəm vermək lazımdı. Müasir futbolda çox şeylər olur. Kim istəməz ki, "Barselona”ya getsin? Sevindirici haldır ki, futbolçularımıza dəyər verirlər. Bu, klub olaraq bizi sevindirir. Qıcıq yoxdur. Biz də başqa klublardan oyunçu götürürük.
- Bu gün II mərhələdəki potensial rəqibləriniz “Valletta” ilə “Kukesi” qarşılaşacaq. Hansının sizə rəqib olmasını istərdiniz?
- Bu suala cavab vermək məndə rahatlıq yaradar. Halbuki məndə narahatlıq var. Öz oyunumu həll etməmiş başqa komanda barədə düşünmürəm. Məni yalnız sabahkı görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Futbolçularıma da rəva bilmirəm ki, bu barədə düşünsünlər. Rəqibin iddialı açıqlamaları sübutdu ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir.
Messidən MLS rekordu
"Neftçi"yə qarşı hamı istəkli oynayır" - Qurban Qurbanov
"Real" 36-cı dəfə İspaniya çempionu oldu
"Qarabağ" Bəhlulla yeni müqavilə imzaladı
"Qarabağ"ın 5 cavabsız qolu - Video
"Qarabağ" "Neftçi"ni darmadağın etdi, "Sumqayıt"dan heç-heçə
"Real"dan böyük hesablı qələbə
Samir Abasov: "Futbolçularım ağır görünürdü"
2 qol, 2 qırmızı vərəqə - Video
Şahruddin 90 dəqiqə oynadı, komandası qalib gəldi
"Qarabağ" - "Neftçi": Heyətlər
"Arsenal"dan qələbə
Azərbaycanın U-17 millisi Qazaxıstana uduzdu
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Tiaqo Silva bu kluba keçir
Maradonanın cənazəsini köçürmək istəyirlər
Xüsusi təyinatlılar futbolçulara və azarkeşlərə atəş açdı
"Bayer"in 6 futbolçusu mövsümün rəmzi komandasında
Messi "İnter Mayami"nin büdcəsini ikiqat artırıb
Kvaratsxeliya qərarını verdi: Gedir, ya qalır?
Arda Güler: "Modriç və Kroosu adları ilə çağırmıram"
Slotdan "Liverpul" açıqlaması
Renatın klubunda yeni baş məşqçi və idman direktoru
Ozan Can sarı vərəqə aldı, komandası uduzdu
"Beşiktaş" 5 qollu oyunda belə qələbə qazandı - Video
İsko ayın oyunçusu seçildi
"Beşiktaş" 90+7-ci dəqiqə qolu ilə qələbə qazandı
Mərakeşli hücumçu 1-ci oldu
"Araz-Naxçıvan"da iki futbolçu məşqləri bərpa etdi