Lövdən "Real" açıqlaması

Lövdən "Real" açıqlaması
XƏBƏR 1 İyun 2018 / 21:20 7207
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv “Real”ı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, 58 yaşlı mütəxəssis haqqında yazılanların düzgün olmadığını deyib: “Bunu tamamilə inkar edirəm. Bu, ümumiyyətlə, mənim üçün mövzu deyil. Fikrim dünya çempionatındadır. Əminəm ki, Zidana yaxşı əvəzləyici tapacaqlar”.

Qeyd edək ki, Lövlə yanaşı “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinonun da adı “Real”la hallanır. O da bugünkü açıqlamasında "kral klubu"ndan təklif almadığını bildirib.

Son xəbərlər
topaz banner