Qazaxıstanlı futbolçular millimizlə oyundan danışdılar

Qazaxıstanlı futbolçular millimizlə oyundan danışdılar
XƏBƏR 1 İyun 2018 / 12:04 3741
-  A +

İyunun 5-də Astanada millimizlə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının üzvləri qarşılaşma ilə bağlı fikirlərini açıqlayıblar.

Qol.az-ın “sports.kz”saytına istinadən yaydığı xəbərə görə, millinin müdafiəçilərindən Yevgeni Postnikov komandamıza qalib gəlmək istədiklərini bildirib:

“Astana Arena”da baş tutacaq görüşdə azarkeşlərimiz önündə yaxşı futbol sərgiləmək və Azərbaycan millisinə qalib gəlmək istəyirik. Əsas məsələ “Kaysar”a 2:0 hesabı ilə qalib gəldiyimiz çempionat oyunudan sonra bərpa olunmaqdır. Ardından yığmanın matçına hazırlaşacağıq”.

“Astana”nın və Qazaxıstan yığmasının qapıçısı Nenad Eriç isə deyib ki, Azərbaycan millisi keyfiyyətli futbol nümayiş etdirir: “Kaysar"a qalib gəlməyimiz yaxşı oldu. İndi yaxşı əhval-ruhiyyə ilə yığmaya gedirik. Azərbaycan millisi yaxşı komandadır, keyfiyyətli futbol sərgiləyir. Ona görə də maraqlı matçın olacağını gözləməyə dəyər”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər
topaz banner