"Real" Beyllə bağlı qərarını verdi

"Real" Beyllə bağlı qərarını verdi
XƏBƏR 1 İyun 2018 / 10:47 7860
-  A +

“Real” Qaret Beyllə yollarını ayırmayacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “kral klubu” uelsli yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa hazırlaşır. Yaxın 2 həftə ərzində futbolçunun nümayəndələrinin Madridə gedərək, rəhbərliklə danışıq aparacaqları iddia olunur.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçinin “Real”la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Onunla “Mançester Yunayted” yaxından maraqlanır.

Son xəbərlər
topaz banner