Cengiz Ünder ən yaxşı gənc futbolçu seçildi
Cengiz Ünder "Roma"da 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı türkiyəli hücumçu paytaxt təmsilçisinin azarkeşləri tərəfindən aparılan səsvermədə hamını qabaqlayıb.
Lorenzo Pelleqreni 2-ci, Patrik Şik isə 3-cü olub.
Qeyd edək ki, Cengiz Ünder başa çatan mövsümdə "Roma"nın heyətində 32 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.