"Real"ın futbolçusu Kriştiano Ronaldo Zinəddin Zidanın istefa verməsinə münasibət bildirib.
Qol.az-ın məlumatına görə, bununla bağlı o, özünün "İnstaqram" hesabından yazıb: "Sənin oyunçun olduğum üçün qürur duyuram. Cənab, çox təşəkkür edirəm".
Xatırladaq ki, Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub. Zidan bu gün istefa verdiyini açıqlayıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər