İtaliya klubu baş məşqçisi ilə yolları ayırdı

İtaliya klubu baş məşqçisi ilə yolları ayırdı
XƏBƏR 31 May 2018 / 01:25 2737
-  A +

İtaliyanın “Kalyari” klubu baş məşqçisi Dieqo Lopeslə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rəhbərlik 43 yaşlı məşqçinin başa çatan müqaviləsini yeniləməməyi qərara alıb.

Uruqvaylı mütəxəssis mövsümün əvvəlindən komandanı çalışdırırdı.

Qeyd edək ki, “Kalyari” İtaliya A Seriyasında mövsümü 16-cı pillədə tamamlayıb.

Son xəbərlər
topaz banner