Rusiyada keçiriləcək dünya çempionatının oyunları Ukraynada da yayımlanacaq.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, mundialın qarşılaşmalarını “İnter Media Group” şirkətinə məxsus “İnter” və NTN telekanalları göstərəcək.
Sözügedən kompaniya uzun danışıqlardan sonra yayım hüququnu Ukraynanın Milli İctimai Teleradio Şirkətindən satın alıb. Hətta şirkət rəhbərliyi oyunların yayımı üçün Rusiyadan şərhçilər dəvət etməyi planlaşdırır.
Qeyd edək ki, Ukrayna rəsmiləri bundan əvvəlki açıqlamalarında Rusiyadakı dünya çempionatının ölkədə yayımlanmayacağını bildirmişdi.