“Yuventus”un futbolçusu “Arsenal”la anlaşdı

“Yuventus”un futbolçusu “Arsenal”la anlaşdı
XƏBƏR 30 May 2018 / 18:18 3991
-  A +

Mövsümün sonunda “Yuventus”dan ayrılacağı dəqiqləşən Ştefan Lixtştayner karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, isveçrəli futbolçu “Arsenal”la razılığa gəlib. Yaxın günlərdə 34 yaşlı müdafiəçinin London klubu ilə 1 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Lixtştaynerin “Yuventus”la sözləşməsi gələn ayın 30-da başa çatacaq.

Son xəbərlər
topaz banner