Levandovski "Bavariya"dan gedir - agenti açıqladı

Levandovski "Bavariya"dan gedir -  agenti açıqladı
XƏBƏR 30 May 2018 / 16:03 6180
-  A +

“Bavariya”nın futbolçusu Robert Levandovski komandanı tərk etməyə hazırlaşır.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, polşalı hücumçunun agenti Pini Zaxavi məlumatı təsdiqləyib və hazırda onun 3 klubla danışıq apardığını deyib:

“Robert hiss edir ki, onun karyerasında yeni dönəm başlamalı, yeni çağırış olmalıdır. “Bavariya” rəhbərliyi artıq bu barədə məlumatlıdır. Bu gediş pula bağlı deyil. Demək olar ki, hər bir top-klub onu heyətində görmək istəyir".

Qeyd edək ki, Levandovski 2014-cü ildən Münhen klubunda çıxış edir.

Son xəbərlər
topaz banner