Klubundan Billiata son təklif

Klubundan Billiata son təklif
XƏBƏR 30 May 2018 / 15:33 5578
-  A +

“Mamelodi Sandaunz” klubu “Qarabağ”a keçidi gündəmdə olan Xama Billiatı komandada saxlamaq üçün son dəfə futbolçu ilə danışıq aparıb.

Qol.az-ın Cənubi Afrika mətbuatına istinadən yaydığı xəbərə görə, rəhbərlik zimbabveli forvarda daha sərfəli şərtlərlə yeni müqavilə təklif edib. Ancaq 27 yaşlı futbolçu hələlik təklifə cavab verməyib.

Qeyd edək ki, Billiatın “Mamelodi Sandaunz” klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq.

Son xəbərlər
topaz banner