Noyer meydana qayıdır

Noyer meydana qayıdır
XƏBƏR 30 May 2018 / 15:00 2204
-  A +

"Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer uzun müddət fasilədən sonra yaşıl meydanlara qayıdır.

Qol.az-ın "Reuters"ə istinadən yaydığı xəbərə görə, 32 yaşlı qolkiper Avstriya millisi ilə iyunun 2-də keçiriləcək yoxlama oyununda meydana çıxacaq.

Almaniya millisinin qapıçılar üzrə məşqçisi Anderas Kepke Noyerin oyuna tam hazır olduğunu deyib: "Noyerə bu oyun lazımdır. Uzun sürən zədədən sonra meydana çıxmalıdır ki, onun tam sağaldığına əmin olaq".

Xatırladaq ki, M.Noyer ötən ilin sentyabrında zədələnmişdi.

Son xəbərlər
topaz banner