Millimizin Qırğızıstanla dünən keçirilən yoxlama oyununda maraqlı epizod yaşanıb.
Qol.az-ın xəbərinə görə, millimizin əksər üzvləri oruc tutduğundan matçın türkiyəli baş hakimi Ali Palabıyık onların iftarını açmasına şərait yaradıb.
Referi görüşün 32-ci dəqiqəsində oyuna qısa fasilə verib. Futbolçularımız meydanın kənarına gələrək su ilə iftarlarını açıblar.
Xristian Maksim Medvedyevin iftar açan futbolçular arasında olması maraq doğurub. Ancaq meydana kapitan sarğısı ilə çıxan müdafiəçi sadəcə su içmək üçün kənara gəlib.
Xatırladaq ki, qırğızlarla oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi