"Zenit"in yeni baş məşqçisi müəyyənləşdi

"Zenit"in yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 29 May 2018 / 18:35 4950
-  A +

Rusiyanın “Zenit” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanı Sergey Semak çalışdıracaq.
Bu gün 42 yaşlı məşqçi Sankt-Peterburq təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Semak bu vəzifədə Roberto Mançinini əvəzləyib.

Qeyd edək ki, Rusiya millisinin sabiq üzvü 2010-2013-cü illərdə “Zenit”in futbolçusu olub. Veteran yarımmüdafiəçi 2013-2016-cı illərdə isə “Zenit”in məqşçilər korpusunda yer alıb. O, son olaraq “Ufa”nı çalışdırıb.


Son xəbərlər
topaz banner