“Tottenhem”in yarımmüdafiəçisi “Napoli”nin hədəfində

“Tottenhem”in yarımmüdafiəçisi “Napoli”nin hədəfində
XƏBƏR 28 May 2018 / 00:29 2837
-  A +

“Tottenhem”in yarımmüdafiəçisi Musa Dembele karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Napoli”nin yeni baş məşqçisi Karlo Ançelotti belçikalı futbolçunun xidmətində maraqlıdır.

Artıq Ançelotti Dembelenin meneceri ilə Londonda görüşüb və keçidin detallarını müzakirə edib. İlkin məlumata görə, futbolçu Neapol təmsilçisində oynamağa razıdır.

Qeyd edək ki, Dembele son 2 mövsümdə Premyer Liqada 58 görüşdə forma geyib.

Son xəbərlər
topaz banner