"Səni və sevgilini öldürəcəyəm" – azarkeşlər Kariusu hədələdi

"Səni və sevgilini öldürəcəyəm" – azarkeşlər Kariusu hədələdi
XƏBƏR 27 May 2018 / 19:40 8631
-  A +

Dünən Çempionlar Liqasının “Real”la final oyununda 2 kobud səhvlə yadda qalan “Liverpul”un qapıçısı Loris Karius yerli azarkeşlərin ciddi narazılığı ilə qarşılaşıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mersisaydlılar sosial şəbəkələr vasitəsilə alman qolkiperin ünvanına təhqir və təhdid yağdırıblar. Azarkeşlər Kariusu özünü və yaxınlarını öldürməklə hədələyiblər: “Mən səni, sənin sevgilini öldürəcəyəm”.

Bundan sonra Mersisayd polisi qolkiperə göndərilən təhdid mesajları ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, məhz Kariusun kobud səhvləri “Liverpul”un finalda 1:3 hesabı ilə məğlub olmasıyla nəticələnib.

Son xəbərlər
topaz banner