Ronaldo və Salah qol vura bilmədi - Messi bombardir oldu

Ronaldo və Salah qol vura bilmədi - Messi bombardir oldu
XƏBƏR 27 May 2018 / 15:15 7852
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının final oyunundan sonra  böyük beşlik çempionatlarında bütün turnirlər nəzərə alınmaqla cari mövsümün bombardiri olub.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, “Real” və “Liverpul” arasındakı həlledici matçda Krişiano Ronaldo (44 qol) və Məhəmməd Salahın (44 qol) fərqlənə bilməməsi 45 qol vuran argentinalının birinciliyini rəsmiləşdirib.

Qey edək ki, bu üçlüyü 41 qolla “Latsio”dan Çiro İmmobile, “Tottenhem”dən Harri Keyn və “Bavariya”dan Robert Levandovski izləyir. PSJ-nin hücumçusu Edinson Kavani isə mövsüm ərzində 40 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
31.05.24  12:58

"Roma"dan gedir

30.05.24  15:51

"Şamaxı"da ayrılıq