"Azərbaycanda çempion olsaq..." – "Beşiktaş"ın prezidenti

"Azərbaycanda çempion olsaq..." – "Beşiktaş"ın prezidenti
XƏBƏR 27 May 2018 / 14:19 7256
-  A +

“Beşiktaş”ın prezidenti Fikrət Orman dünən “Vodofon Park Arena”da təşkil olunan iftar yeməyindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, gələn mövsüm UEFA Avropa Liqası finalının Bakıda keçiriləcəyini xatırladan iş adamı komandasının paytaxtımızda kubok qazanmasını istədiyini bildirib:

“Xəyallarımı bəzəyən 3 final var: Avropa Liqası, Çempionlar Liqası və UEFA Superkubok finalı. Növbəti mövsümdə Avroliqanın həlledici oyunu Bakıda keçiriləcək. Azərbaycanda çempion olsaq, “Vodofon Park Arena”da təşkil olunacaq Superkubok finalına vəsiqə qazanacağıq. Hətta 2020-ci ildə İstanbulda oynanılacaq Çempionlar Liqasının finalında da “Beşiktaş”ı görə bilərik. Niyə də olmasın?!”.

Qeyd edək ki, Super Liqada 4-cü pilləni tutan “Beşiktaş” bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək.

Daha çox


Son xəbərlər
31.05.24  12:58

"Roma"dan gedir

30.05.24  15:51

"Şamaxı"da ayrılıq