Cerard "Qəbələ"nin sabiq futbolçusundan imtina etdi

Cerard "Qəbələ"nin sabiq futbolçusundan imtina etdi
XƏBƏR 18 May 2018 / 16:17 3631
-  A +

Mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də keçirmiş Endi Hallideyin "Reyncers"dəki gələcəyinə aydınlıq gəlib.

Qol.az-ın Şotlandiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın yeni baş məşqçisi Stiven

Cerard 26 yaşlı futbolçudan imtina edib. Qlazqo təmsilçisi ilə hələ 2 illik müqaviləsi olan yarımmüdafiəçiyə özünə yeni klub tapması tapşırılıb.

Qeyd edək ki, Hallideyin Şotlandiyanın digər klubu "Hibernians"a keçəcəyi bildirilir.

Son xəbərlər
topaz banner