Millimizin futbolçusu Dmitri Nazarov bu gün Almaniya 2-ci Bundesliqasında başa çatan mövsümün sonuncu – 34-cü turunun matçında meydana çıxıb.
Qol.az-ın məlumatına görə, Nazarovun çıxış etdiyi “Aue” səfərdə “Darmştadt”la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Əsas heyətdə oyuna çıxan futbolçumuz 79-cu dəqiqədə Mario Kvesiçlə əvəzlənib.
Bu məğubiyyətdən sonra “Aue”nin 18 komanda arasında 16-cı yeri tutması qətiləşib. 34 matçda 40 xal toplayan komanda 2-ci Bundesliqada qalmaq üçün pley-off matçlarında oynayacaq. Pley-offda "Aue"nin rəqibi "Karlsrue" olacaq. Matçlar mayın 18-i və 23-də keçiriləcək.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu