Rusiyanı Avropada onlar təmsil edəcək - siyahı

Rusiyanı Avropada onlar təmsil edəcək - siyahı
XƏBƏR 13 May 2018 / 18:14 4466
-  A +

Rusiya Premyer Liqasında 2017-2018 mövsümü başa çatıb.

Qol.az-ın məlumatına görə, sonuncu – 30-cu turun oyunlarından sonra 2-ci və 3-cü pillələrin sahibi də müəyyənləşib. Doğma meydanda “Anji”ni 2:1 hesabı ilə məğlub edən SSKA çempionatı 58 xalla 2-ci yerdə başa vurub. Paytaxt təmsilçisi növbəti mövsümdə çempion “Lokomotiv”lə birlikdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Moskva derbisində evdə “Dinamo”ya uduzan (0:1) “Spartak” isə bürünc medalların sahibi olub və ÇL-də mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Mövsümü 4-cü sırada bitirən “Krasnodar” isə Rusiyanı Avropa Liqasında təmsil edəcək.

Son xəbərlər