"500 ildən sonra da bizi xatırlamaları üçün..." - Klopp

"500 ildən sonra da bizi xatırlamaları üçün..." - Klopp
XƏBƏR 13 May 2018 / 17:35 3957
-  A +

“İndi Çempionlar Liqasının finalı haqda düşünə bilmərəm. Əvvəlcə “Brayton”la qarşıdakı matça köklənməliyik. Növbəti mövsümdə də Çempionlar Liqasında iştirak etmək üçün bu görüşdə qalib gəlməliyik”.

Qol.az-ın “goal.com” saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib. İngiltərə Premyer Liqasının 38-ci turunda “Brayton”la keçirəcəkləri oyun haqda fikirlərini açıqlayan almaniyalı mütəxəssis Çempionlar Liqasının finalında “Real”la oynayacaqları qarşılaşmaya da toxunub:

“Bu oyundan sonra finala hazırlaşmaq üçün 2 həftə vaxtımız olacaq. Çempionlar Liqasını qazanmalıyıq ki, 500 ildən sonra da bizi xatırlasınlar”.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Real” və “Liverpul” klubları üz-üzə gələcəklər. Görüş mayın 26-sı Bakı vaxtı ilə 22:45-də keçiriləcək.

Son xəbərlər