Maradona Belarus klubunu çalışdıra bilər

Maradona Belarus klubunu çalışdıra bilər
XƏBƏR 13 May 2018 / 16:33 2547
-  A +

Argentina millisinin sabiq baş məşqçisi Dieqo Maradona karyerasını Belarusda davam etdirə bilər.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis Brest “Dinamo”sunun sükanı arxasına keçməyə ən real namizədlərdən biridir. İddiaya görə, Maradonun meneceri Matias Morla sabah Dubayda sözügedən klubun prezidenti ilə görüşəcək.

Qeyd edək ki, Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fudceyra” klubunu çalışdırıb.

Son xəbərlər