"Messi və Suares üçün darıxıram" - Neymar

"Messi və Suares üçün darıxıram" - Neymar
XƏBƏR 13 May 2018 / 13:25 4171
-  A +

“Messi ilə “Barselona”da əla tandem təşkil edirdik. Sonra isə Suares gəldi və tortun albalısı oldu. Hər şey bizim üçün çox yaxşı idi”.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu sözləri PSJ-nin hücumçusu Neymar deyib. “Barselona”dakı karyerasını xatırlayan braziliyalı futbolçu Lionel Messi və Luis Suares üçün darıxdığını bildirib:

“Biz birlikdə ayrılmaz dostlar olmuşduq. O qədər yaxın idik ki, hansımızda nə isə alınmayanda bir-birimizlə zarafat edirdik. Messi və Suares üçün darıxıram. Biz xoşbəxt dostlar idik”.

Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Son xəbərlər