Arturun "Barselona"ya keçəcəyi vaxt açıqlandı

Arturun "Barselona"ya keçəcəyi vaxt açıqlandı
XƏBƏR 13 May 2018 / 11:59 4637
-  A +

“Qremio”nun yarımmüdafiəçisi Artur Ramosun “Barselona”ya keçəcəyi vaxt bəlli olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu qarşıdakı qış transfer pəncərəsində Kataloniya klubu ilə müqavilə bağlayacaq. İddiaya görə, “Barselona” artıq qarşı tərəfə 5 milyon avro avans verib. Mövsümün sonunda 11, qışda isə daha 15 milyon ödəniləcək ki, bu da ümumilikdə 30 milyon avro edir.

Qeyd edək ki, daha öncə Arturun yayda “Barselona”ya transfer olunacağı bildirilmişdi.

Son xəbərlər