“Qəbələ”nin idmançısı Avropa üçüncüsüdür

“Qəbələ”nin idmançısı Avropa üçüncüsüdür
XƏBƏR 13 May 2018 / 00:29 1269
-  A +

Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beiqi Harçeqani növbəti mükafatını qazanıb.

Qol.az-ın “Qəbələ”nin saytına istinadən yaydığı xəbərə görə, idmançımız Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında fəxri kürsüyə yüksəlib.

80 kq çəki dərəcəsində çıxış edən Milad  polşalı Karol Holudovic və ispan Raul Martinezi məğlubiyyətə uğradıb.

Bununla da yarımfinala adlayan 27 yaşlı taekvondoçumuz finala vəsiqə uğrunda rusiyalı Maksim Kramtcov ilə üz-üzə gəlib. Mübarizədən məğlub ayrılan Milad yarışı bürünc medalla başa vurub.

Son xəbərlər