“Qalatasaray”ı çempionluqdan 1 xal ayırır

“Qalatasaray”ı çempionluqdan 1 xal ayırır
XƏBƏR 13 May 2018 / 00:00 4630
-  A +

Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, lider “Qalatasaray” öz meydanında “Yeni Malatyaspor”u qəbul edib. Artıq ilk 12 dəqiqə ərzində rəqib qapısından 2 qol keçirən İstanbul təmsilçisi mühüm qələbə qazanıb.

Son tur öncəsi “Qalatasaray” 72 xalla ən yaxın izləyicisini 1 xal qabaqlayır. Son turda səfərdə “Göztəpə”nin qonağı olacaq “Cim-Bom”u çempion olmaq üçün 1 xal da qane edir.


Türkiyə Superliqası

33-cü tur

12 may

“Qalatasaray” - “Yeni Malatyaspor” 2:0
Qollar:
Belhanda, 1, Qomis, 12

Son xəbərlər