“Həmişəki kimi qələbə üçün meydana çıxmışdıq. Bilmirəm niyə, amma matçın ilk dəqiqələrində oyunumuz alınmadı. “Keşlə” qazandığı bütün şanslarından istifadə etdi və qapımızda qollar gördük. Bilmirəm, ot örtüyü mane oldu bizə, ya başqa bir şey. Ola bilər ki, motivasiyamız aşağı olsun. Bir sözlə, oyunumuz alınmadı. Bizdən fərqli olaraq, “Keşlə”də oyunları istədikləri kimi alındı”
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev Topaz Premyer Liqasının 27-ci turunda səfərdə “Keşlə”yə məğlub olduqları matçdan (0:3) sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandadakı taleyi haqda da danışıb: “Müqaviləm yayda bitir. Görək də, hələki heç bir təklif yoxdur klubdan. Nə “Qarabağ”, nə də başqa klubla danışıq aparmışam. Hər futbolçu komandasında meydana çıxmaq istəyir. Heç kim kənarda oturmaq istəməz. Mövsümün sonunda komandada taleyim bəlli olacaq”.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu