Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Səbail" oyununda insident baş verib.
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə, referi Rauf Cabbarov matçın 42-ci dəqiqəsində hakimlərin qərarlarına narazılığını bildirən "Səbail"in baş məşqçisi Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb. Lakin 39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, məşqçi skamiyasına dönüb.
Yan xətt hakimindən narazı qalan baş məşqçi ona təhqiramiz sözlər işlədib.
Cabbarov və 4-cü hakimin təhdidindən sonra Əliyev meydanı tərk edib.
İnsident zamanı "Səbail"in kapitanı Eltun Yaqublu ilə bağlı da xoşagəlməz hal baş verib. Referi sarı vərəqə göstərmək üçün yanına çağırmağına rəğmən, gəlməyən futbolçunun ayağına getməli olub.
Qeyd edək ki, "Neftçi" 2:0 hesabı ilə öndədir.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu